“Trampı öldürsək...” – İranlı generaldan şok açıqlama

“Trampı öldürsək...” – İranlı generaldan şok açıqlama

"İraqdakı ABŞ bazalarına hücum bölgə miqyasında nəhəng əməliyyatların başlanğıcı idi”.

Teleqraf.com xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin (SEPAH) Kosmik və Aviasiya İdarəsinin rəisi, general Əmir Əli Hacızadə deyib.

General qeyd edib ki, ABŞ hücumlara cavab verəcəyi halda 4-5 min itki ilə üzləşəcəkdi.

Hacızadə açıqlamasında ABŞ Prezidenti Donald Trampı öldürməkdən də bəhs edib: "Amerika bazalarına yüzlərlə raket zərbəsi endirə bilərdik, amma cəmi 13 raket atdıq. Kimsəni öldürmək istəmirdik, buna baxmayaraq onlarla amerikalı hərbçi öldü və yaralandı. Əməliyyatın ilk mərhələsində 500 nəfəri öldürə bilərdik, amma cavab verilsəydi bu rəqəm 4-5 min nəfər olacaqdı.

Biz şəhidlərimizin qanına dəyər ölçmürük. Hətta Trampı belə öldürsəydik, şəhid edilən Süleymaniyə bərabər təzminat olmazdı”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az