Türkiyə polisi “Petkim”də əməliyyat keçirdi-Həbs olunanlar var

Türkiyə polisi “Petkim”də əməliyyat keçirdi-Həbs olunanlar var

Türkiyənin hüquq-mühafizə orqanları "Petkim Petrokimya Holding A. Ş."də növbəti dəfə əməliyyat keçirib. 
 
Miq.az xəbər verir ki, əməliyyat "FETÖ araşdırması" çərçivəsində baş tutub.  Əməliyyat zamanı 2 şəxs həbs olunub, bir nəfər isə həbsdən qaça bilib. "Türkiyə polisi "Petkim"ə aid 4 ayrı ünvanda əməliyyat aparır. Əməliyyat davam edir", - deyə Türkiyədən Miq.az-a məlumat verən mənbə bildirib.  
 
Petkim Lojmanları site - bölgəsində 2, Aliağa Atatürk məhəlləsi və Şakranda 1 ünvanda keçirilən əməliyyatda çoxlu sayda sənədlər və videolar ələ keçirilib.

Saxlanılanlar barədə hər hansı məlumat yoxdur. Bir azdan açıqlama veriləcək...

Xatırladaq ki, bundan öncə də Türkiyə polisi 2 dəfə "Petkim"də axtarış aparıb. Axtarışlar nəticəsində 31 nəfər saxlanılsa da, sonradan onlardan 6-sı sərbəst buraxılıb. Həbs olunanlar arasında "Petkim" baş direktoru Sadettin Korkut və rəhbərlikdə təmsil olunan 13 şəxs olub.
 
Miq.az
 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az