Tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi yeni televiziya kanalı - "Real” TV yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Bu barədə Modern.az-a adı çəkilən telekanalın işçiləri bildiriblər.
Qeyd edək ki, bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclasında "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə müsbət cavab verilib.
MTR-nın qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Real” TV) ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
"Real" TV-nin baş direktoru Mirşahin Ağayev yeni telekanala vaxtilə bir yerdə çalşıdığı telejurnalistləri – keçmiş ANS-çiləri toplayıb.Maraqlıdır, Mirşahinin uzun illərdir birgə yol gəldiyi Vahid və Seyfulla Mustafayevlər də "Real" TV-də olacaqmı?
Modern.az məsələni dəqiqləşdirmək üçün Vahid Mustafayevlə əlaqə saxlayıb. V.Mustafayev əvvəlcə sualımızı dinləyib, daha sonra bu barədə danışmağa vaxtı olmadığını deyərək, dəstəyi asıb. V.Mustafayev vaxtı olan kimi özü bizimlə əlaqə saxlayaraq, geniş açıqlama verəcəyini bildirib.
Mirşahin Ağayevin özü ilə isə həmişəki kimi əlaqə yaratmaq mümkün olmayıb.
"Real" TV-də isə bu layihənin Mirşahin Ağayev tərəfindən gerçəkləşdirildiyi, Vahid Mustafayevin yeni komandada yer almayacağı bildirilib.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
