Vətəninfo.az xəbər verir ki, xalq artisti Nuriyyə Əhmədovanın oğlu vəfat edib. Aktrisanın rəfiqəsi Sədaqət Kamalın ANS PRESS-ə verdiyi məlumatına görə, 37 yaşlı Əli səhərə yaxın keçinib. İslamzadə Əli Xanlar oğlu bu gün saat 14:00-da Mərdəkanda torpağa tapşırılacaq. Mərhum yarım ildir ağciyər və ürək çatışmamazlığından əziyyət çəkirdi. Avqust ayının sonlarında vəziyyəti kəskinləşdiyindən Sabunçu rayon 3 saylı Kliniki Xəstəxanada reanimasiyaya yerləşdirilmişdi. Əlinin xəstəliyi o həddə çatmışdı ki, gəzə bilmirdi. Orada bir neçə gün qaldıqdan sonra həkimlər ağır xəstəni evə buraxmışdı.
Qeyd edək ki, evi olmayan xalq artisti Nuriyyə Əhmədova fasilələrlə bacılarının və rəfiqələrinin evində yaşayır. Xalq artisti oğlu Əlinin xəstəliyini məhz evsizlik və şəraitsizliklə əlaqələndirmişdi: "Gündə bir evdə yaşayıb, yeməyinə fikir verməyib. Bir övlad itirmişdim, ikinci uşağımı da itirəcəyimdən çox qorxuram. Xəstəxanadan çıxatılandan sonra hara gedəcəyimiz sual altındadır. Çünki yaşamağa mənzilimiz yoxdur. Bununla bağlı olaraq Mədəniyyət və Turizm Nazirliyinə dəfələrlə müraciət etmişəm. Haradan kömək istəyirəmsə yalnız rədd cavabı alıram. Mənim müraciətimə baxmırlar. Artıq qapı-qapı gəzib ev istəməkdən yorulmuşam. Heç kim bu işi öz üzərinə götürmək istəmir. Axı mən də Azərbaycan mədəniyyətinə müəyyən qədər xidmət göstərmişəm. Mənə baxa-baxa bacı və qardaşım da şəkər xəstəliyi tapıb. Ümidim yalnız Allaha qalıb”. Allah rəhmət eləsin!
Vətəninfo.az
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto