Xərçəngə yaxalanma riskini azaldır
Aparılan son araşdırmalar naringinin
xərçəngə yaxalanma riskini azaltdığını ortaya çıxarıb. Bu da hələ
mövsümü olmasa belə, diqqəti həmin meyvəyə yönəldib.
Vətəninfo.az Publika.az-a istinadla naringi haqqında çox maraqlı məlumatları təqdim edir:
Naringinin tərkibindəki "flavonoid"lər xərçəng hüceyrələrinin böyüməsinə
mane olaraq şişlərin yayılmasının qarşısını alır. Bu sitrus meyvəsinin
ehtiva etdiyi "folat" adlı maddə xərçəngə gətirib çıxaran DNT
dəyişikliklərinin qarşısını alır.
Folat həm də qırmızı qan hüceyrələrinin istehsalını sürətləndirir. Onun
sayəsində naringi qan dövranını yaxşılaşdırır. Qanın həddən artıq
laxtalanmasının qarşısını alır. Ürək xəstəliklərinə səbəb olan
xolesterinin səviyyəsini tənzimləyir.
Ehtiva etdiyi antioksidantlar sayəsində yaraların tez sağalmasına kömək edir.
Kaliumla zəngin olan naringi hüceyrələri və toxumaları bərpa edir. Bu
mineral böyrəklər, əzələlər, ürək və damar, həmçinin həzm sistemi üçün
əvəzedilməzdir. Kalium sümük əriməsinə qarşı təsirlidir. Gündəlik kalium
ehtiyacını ödəyən insanların infarkt və iflic keçirmək riski nisbətən
az olur.
Naringi həm də ən yaxşı A vitamini mənbəyidir. Bu vitamin sayəsində
sadəcə sağlamlığımızın deyil, həm də gözəlliyimizin qayğısına qalırıq.
A vitamini dəri hüceyrələrini yeniləyir, yaşlılıq əlamətlərini aradan qaldırır.
Meyvənin tərkibindəki C vitamini də dəri üçün əsl gözəllik eliksiridir.
Bu vitamin də yaşlanmanın qarşısını alır, dərinin daha çox kollagen
istehsal etməsinə, beləliklə də dəri elastikliyinin artmasına səbəb
olur.
Yağlı dəriyə sahib olanlar naringi maskasından istifadə edə bilərlər. Bu, dərinin yağ balansını tənzimləyəcək.
Meyvə saç dərisi üçün də faydalıdır. Saç dərisini nəmləndirir.
Tərkibindəki antioksidantlar sayəsində saçın qırılmasını önləyir. Saç
üçün hazırladığınız təbii maskalara bir az naringi şirəsi əlavə
etməyiniz kifayətdir