Özünü 4-cü mərtəbədən atdı - Sağ qaldı

Özünü 4-cü mərtəbədən atdı - Sağ qaldı
Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Mirzəli Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə yaşayan, 1986-cı il təvəllüdlü Famil Mirəddin oğlu Bəhrəmov yaşadığı 4 mərtəbəli binadan özünü ataraq intihara cəhd edib. Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.
İlkin məlumata görə, o, psixi xəstəlikdən əziyyət çəkir.
Faktla bağlı araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az