"68 illik həyatımı boşa yaşamadım"-Fəzail Ağamalı

Bu gün Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail Ağamalının 68 yaşı tamam olur. Millət vəkili Vətəninfo.az -ın əməkdaşı ilə söhbətində doğum günü təəsüratlarını bölüşüb.
Fəzail bəy ilk olaraq Vətəninfo.az-ın adından sizi doğum gününüz münasibəti ilə təbrik edirik.
-Məndə göstərdiyiniz diqqətə görə sizlərə öz minətdarlığımı bildirirəm.
Fəzail bəy 68 illik yaşadığınız bu ömürdə yadda qalan xatirələriniz yəqin ki, çoxdur?
-İnanın doğurdan da keçdiyim bu 68 illik dövürdə çoxlu xatirələrim,şadlandığım,sevindiyim hadisələr çox olub. Onları əgər durub danışsam bir kitab yazmaq olar.
Yəqin ki, bu xoş və sizi təsirləndirən hadisə ilk övladınızın dünyaya gəlməsidir?
-Əlbətdə ailə qurduğum gün daxil olmaqla,ilk övladımın dünyaya gəlməsi və ondan sonrakı dövürlərdə yaşadığım bütün xoş hadisələr  68 illik ömür dövründə yaşadım. Hər kəsə,sizə də mənim yaşadığım gözəl və mənalı həyat arzulayıram. O qədər gözəl həyatınızı yaşayasınız ki, 68 deyil,78 deyil, daha da çox yaşayıb gözəl günləri qeyd edəsiniz.
Fəzail Bəy yəqin ki, bu günkü ad gününüzdə uzun illərdir danışmadığınız amma görüşmək itədiyiniz insanlardan da təbriklər almısınız?
-Əlbətdə zənglər olunub və bu zənglər içərisində qeyd etdiyiniz uzun illərdir işlərimizin çoxluğu səbəbindən qarşılaşmadığımız,görüşə bilmədiyimiz dostlarda var.Hələ də zənglər gəlməkdədir.
Fəzail bəy sir deyilsə ad gününüzü ailənizlə qeyd edəcəksiniz,yoxsa dostlarla?
-Bu günə kimi,bütün doğum günlərimizi ailə daxilində keçirmişik və mən ailə daxilində birlik və möhkəm ailə dəyərlərinin daha da möhkəmlənməsində belə hadisələrin önəmli olduğuna önəm verirəm.Ona görə də ailə daxilində bu gün də 68 yaşımı qeyd edəcəm.
68 yaşlı Fəzail Ağamalı qarşıdakı parlament seçkilərində iştirak etmək niyyətindədir,yoxsa namizədliyini verməyərək yerinizi gənclərəmi verəcəksiniz?
-Yox keçiriləcək parlament seçkilərində yenidən iştirak edəcəm. Bu dəfə də 60 saylı Səlyan-Nefçala Seçki dairəsindən namizədliyimi irəli sürəcəm.
 
Kənan
 
Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az