Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzalında şəhərlərarası və beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda yeni GPS izləmə cihazının quraşdırılmasına başlanılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən VİZUAL.az-a verilən məlumata görə, bu sistem nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı və s. barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür: "Bu sistemin köməyi ilə istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə də nəzarət olunur. Eyni zamanda GPS sisteminin quraşdırılması işləri yekunlaşdıqdan sonra sərnişinlər Bakı Beynəlxalq Avtovağzalının saytına daxil olaraq şəhərlərarası və beynəlxalq sərnişindaşıma sahəsində xidmət göstərən avtobusların çatma vaxtı ilə bağlı dəqiq məlumat əldə edə biləcəklər”.
Mərkəzdən qeyd olunub ki, sistemin quraşdırılmasında əsas məqsəd beynəlxalq və daxili sərnişindaşımada xidmət keyfiyyətini yüksəltmək və vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR