Vətəndaşların işi daha çox hansı dövlət qurumuna düşür?

Vətəndaşların işi daha çox hansı dövlət qurumuna düşür?

Bu ilin noyabr ayında "Elektron hökumət” portalındakı xidmətlərdən 699 645 dəfə istifadə edilib.

Məlumat Hesablama Mərkəzindən fins.az-a verilən bilgiyə görə, xidmətindən ən çox istifadə olunan 5 dövlət qurumu bunlardır:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) - 345 021 dəfə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) – 182 346 dəfə

Dövlət Sosial Müdafiə Fondu (DSMF) - 102 497 dəfə

Elektron Arayışlar – 44 358 dəfə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) – 7 418 dəfə.

Hazırda RYTN "Elektron hökumət” portalında 36 xidmətdə təmsil olunur. Bu qurumun daha çox "Telefon nömrəsi üzrə axtarış”, "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”,"Mobil cihazların qeydiyyatdan keçirilməsi”, "Mobil cihazların İMEİ qeydiyyatının yoxlanılması”, "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” və s. xidmətlərindən istifadə edilir.

ƏƏSMN tərəfindən təqdim olunan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi", "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, "İş yerinə dair arayış” xidməti istifadəçilərin daha çox müraciət etdiyi əsas xidmətlərdəndir.

Xidmətlərinin istifadə sayına görə üçüncü olan diğər qurum "Elektron Hökumət” portalına 12 sosial xidməti ilə inteqrasiya edən DSMF-dir. Bu xidmətlər vasitəsilə heç yerə getmədən, istədiyiniz vaxt hesabınıza yatırılan dövlət sosial siğorta haqqı barədə məlumat əldə edə, işlədiyiniz illər üzrə pensiya kapitalınızı öyrənə bilərsiniz. Bundan başqa sosial tələbat yüksək olan "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, "Sığortaolunanın onlayn uçota alınması”, "Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və s xidmətlərdən təkçə noyabr ayı ərzində istifadə edilib.

Cari ildə "Elektron Hökumət" portalının əsas işlərindən biri kağız üzərində olan bir çox sənədlərin elektronlaşdırılması prosesi vətəndaşa aid məlumatların heç yerə getmədən bir portal üzərindən avtomatik formalaşdırılmasına imkan yaradır. Arayış əldə etmə prosesinin rahat və şəffaflaşdırılmasını təmin edən bu təşəbbüs qurumlar arasında portal üzərindən informasiya mübadiləsi nəticəsində mümkün olur. Artıq vətəndaşlar 11 arayışı (yaşayış, iş yerindən arayış, diplom haqqında arayış, kommunal borcun olmaması barədə arayış, vətəndaşa aid fərdi məlumatlar üzrə arayış, şəxsiyət vəsiqəsi məlumatları üzrə arayış və s.) dövlət qurumuna getmədən "Elektron Hökumət” portalından asanlıqla əldə edə bilirlər.

TQDK-nın isə "Elektron hökumət” portalında 15 xidmətindən istifadə olunur. Əsas tələbat olan xidmət "Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” xidmətidir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az