Azərbaycanda WhatsApp-ın zəng xidməti bərpa edildi

Azərbaycanda WhatsApp-ın zəng xidməti bərpa edildi

Azərbaycanda da kifayət qədər populyar olan WhatsApp tətbiqinin zəng funksiyasına qoyulan qeyri-rəsmi qadağa qismən aradan qaldırılıb.

Vizual.az xəbər verir ki, hazırda mobil internet vasitəsilə bu funksiya ilə zənglər mümkün olmasa da, Wi-Fi texnologiya ilə WhatsApp-dan zənglər etmək mümkündür.

 

Sınaqdan keçirdiyimiz provayderlərlə, Alfanet, Azeronline, Bakinternet, Citynet, Ultel-də bu funksiya ilə zəng etmək artıq mümkündür.

 

Qeyd edək ki, bir neçə gün əvvələ qədər WhatsApp-ın bu xidmətindən ölkəmizdə heç bir halda istifadə mümkün deyildi.

 

Messencerin bu xidmətin tətbiqinə başlamasından sonra servis Azərbaycanda işləsə də, sonradan WhatsApp-ın zəng funksiyası məhdudlaşdırılmışdı.oxu.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az