"BakuBus” MMC avtobuslardakı qəza düymələrindən istifadə ilə bağlı sərnişinlərə çağırış edib.
VİZUAL.az xəbər verir ki, MMC-nin mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkədə yazıb ki, sərnişinlər çox vaxt qəza düyməsindən dayanacaqdan kənarda düşmək məqsədilə istifadə edirlər. Bu isə yolverilməzdir.
N.Allahyarova qeyd edib ki, fotodakı bu düymə qəza çıxışının düyməsidir. Ondan ancaq qəza və ya fövqəladə hadisə zamanı istifadə etmək tələb olunur: "Bəzi sərnişinlər sürücünün dayanacaqdan kənarda saxlamadığını gördükdə, acıq edərək işıqforda bu düyməni basır. Düymə basılanda qapılar avtomatik sıxılaraq açılır və qapı açıq olduğu müddətdə sürücü avtobusu hərəkətə gətirə bilmir. Sürücü məcbur olur ki, düşsün və qapının əvvəlki vəziyyətini bərpa etsin. Nəticədə həm vaxt itkisi, həm də arzuolunmaz mübahisəyə yol açılır".
O, əlavə edib ki, sərnişinlərin bütün istəkləri nəzərə alınır: "Ancaq bu istəklər qaydalara və standartlara ziddirsə, heç bir halda qəbul edilə bilməz. Dünyanın heç bir ölkəsində avtobus sərnişinləri evlərinin yaxınlığına qədər daşımır".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR