Azərbaycan tankçıları ermənilərlə yarışacaqlar

Azərbaycan tankçıları ermənilərlə yarışacaqlar
"Bizim və Rusiyanın tankları prinsipcə eynidirlər”.
Azərbaycan hərbçiləri "Tank biatlonu” üçün özlərinin trasını hazırlayıblar və gələn il hərbi beynəlxalq oyunlarda yarışlarda iştirak etmək niyyətindədirlər.
Vətəninfo.az-ın məlumatına görə, Oxu.Az "İntefaks”a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Hazırlıq İdarəsinin baş zabiti, polkovnik Sakit Verdiyev məlumat verib.  
"Bu il biz "Tank biatlonu”nda müşahidəçi kimi iştirak edirik, lakin gələn ilə mütləq hazırlaşıb iştirak edəcəyik. Bütün elementləri öyrənirik, artıq Alabinodakı poliqondakı trasa bənzər tras yaratmışıq” – o deyib.
S.Verdiyevin sözlərinə görə, bu il "Tank biatlonu” üzrə Azərbaycan komandasının lazımi hazırlıq üçün vaxtı çatmayıb. Buna görə də iştirak gələn ilə keçirilib.
"Bizim və Rusiyanın tankları prinsipcə eynidirlər. Bu ilin qalan vaxtını və gələn ili biz gücləndirilmiş hərbi hazırlığa həsr edəcəyik. "Tank biatlonu”ndan təəssüratlar olduqca yaxşıdır”, - zabit qeyd edib.
Qeyd edək ki, hər il Rusiyada keçirilən "Tank biatlonu” yarışlarında Ermənistan tankçıları da iştirak edirlər.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az