Azərbaycanda İslamı deputatın əcdadları yayıb? - Mübahisəli araşdırma

Azərbaycanda İslamı deputatın əcdadları yayıb? - Mübahisəli araşdırma
Milli Məclisinin mərhum üzvü (1995-2020) Hadi Rəcəblinin genetik köklərinə dair paylaşım sosial şəbəkədə xeyli rəy doğurub.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı "Azərbaycan DNA layihəsi"nin administratoru Osman Xansuvar araşdırma aparıb.

O qeyd edib ki, genetik nəticələrə əsasən, Hadi Rəcəblinin ulu babalarının Azərbaycana İslamın yayılması dövründə gəlmiş ərəb mənşəli sərkərdələrin nəslindəndir.

Nəticənin məhz "Azərbaycanda İslamı mərhum deputatın əcdadları yayıb" şəklində tanıdılması bir çox "Facebook" istifadəçisinin gülüşünü doğurub.

"Azərbaycan DNA layihəsi"nin administratoru Osman Xansuvar bununla bağlı "Yeni Sabah" bildirib: 

"Bu, DNT nəticələridir və dünyada qəbul olunan elmi göstəricilərə əsaslanır. Bizim qrup ABŞ-nin "FamilyTree" DNA şirkəti ilə əməkdaşlıq edir. Xatırladım ki, ümumiyyətlə, bu sahədə bir neçə həm yerli, həm də beynəlxalq şirkətlər fəaliyyət göstərir və nəticələr müqayisəli şəkildə analiz olunur.

Əsasən Y-DNT ardıcıllığı üzrə aparılan qeydlər xromosom səviyyəsində araşdırılır və müəyyən nəticələr çıxarılır. Bəli, onlara əsasən məlum olub ki, Hadi Rəcəblinin DNA nümunələrində ərəb mənşəli soy xəttinə aid izlərə rast gəlinib. Bu da göstərir ki, mərhum deputatın mənsub olduğu nəsil tarixən ərəb mənşəli olub və sonradan Azərbaycana köç edərək burada məskunlaşıb". 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az