"ELM YURDU" İctimai Birliyini Abutalıbovun oğlu maliyələşdirir-İDDİA

Misir ,Liviya və Suriyani fətvaları ilə cəhənnəmə çevirən Qətər dövlətinin müftisi Yusif əl Qardavinin Azərbaycanda seminarlar təşkil edir.Yusif Qardavininn sağ əlinin Azərbaycanda fəaliyəti barədə.Elaşad Mahmudovun Azərbaycanda vəhhbailərin (sələfilərin) saytı (azerislam.com) ilə hazırladığı "ZÜLMƏ YOX DEYƏK" platformasında nədən söhbət edirdi.PA sabiq işçisi Elnur Aslanovun bu fəaliyət ilə nə əlaqəsi vardır?

Hamıya məlumdur ki,Liviya ,Misir və Suriyada baş verən inqilabların  ,qardaş qırğınının səbəbkarı və qızışdırıcısı Yusif əl Qardavi olmuşdur.Yusif əl-Qardavi Qətər dövlətinin müftisi sayılır və əl-cəzirə telekanalı vasitəsi ilə müsəlmanları yaşadıqları ölkələrdə hakimiyyətə qarşı siyasi və silahlı mübarizəyə çağırmaqla tanınır.
Liviya prezdneti Muammar Qəzzafini öldürən şəxsin bir başa cənnətə gedəcəyi fətvası ilə məşhurdur.Suriyada Bəşşar Əsəd hakimiyyətini kafir ələvi hakimiyyəti adlandıraraq Suriya müsəlmanlarını silahlı mübarizəyə təşviq etmişdir.
 
Vətəninfo.az-ın elektron ünvanına [email protected] poçtasından daxil olan məlumatda iddia edilir ki, Azərbaycanda Yusif əl Qardavini təbliğatını təşkil edən və Suriyadakı vətəndaş müharibəsini müqəddəs cihad adlandıran "Elm Yurdu" Sosial Araşdırmalar İctimai Birliyi adı altında fəaliyət göstərən Elşad Mahmudov adlı şəxsdir.
 

Daxil olan məlumatda qeyd edilir ki, Elşad Mahmudov son 1-ilə kimi "İlahiyyat” məscidində cümə xütbələri deyirdi.Cümə xütbələrində Suriyada cihad adı altında gedən savaşa haq qazandırdığı üçün ,QMİ-sədri Allah Şükür Paşazada həzrətləri tərəfindən məsciddən uzaqlaşdırılıb.Elşad Mahmudov həmçinin Bakı Dövlət Universitetinin "İlahiyyat Fakultəsin"-də müəllim işləyirdi.Fakultadə tələbə və müəllim kollektivi arasında qızışdırıcı fikirlər təbliğ etidyi üçün fakultənin dekanı Vasim Məmmədəliyev tərəfindən fakultədən qovulub.daxil olan məlumatda daha sonra qeyd edilir ki, Elşad Mahmudov Azərbaycanda gənclər arasında pozucu fəlaiyətini davam etdimrək üçün "ELM YURDU" ictimai birlik təsis edib.
 
Fərid Novruzi Fətullah Gülən Paralel şəbəkəsinin lideri Elnur Aslaovun para kassasıdır.
 

"Elşad Mahmudovun ictimai birliyini isə,Azərbaycanda Fətullah Gülən Paralel şəbəkəsi ilə adı hallanan Fərid Novruzi tərəfindən maliyyələşir.Fərid Novruzi isə əslində Azərbaycan Fətullah Gülən Paralel şəbəkəsinin lideri Elnur Aslaovun para kassasıdır.Elşad Mahmudov həmçinin adı Vəhhabilərlə adlanan Bakı Meririnin oğlu İsrafil Abutalıbov tərəfindən də maliyyə alır.
 
 
İsrafil Abutalıbov Türkiyədə yaşamasına baxmayaraq Elşad Mahmudov kimi pozucu fəaliyyəti olan din adamlaırnı maliyyələşdirməyə davam etməkdədir”-vurğulanan daxil olan məlumatda daha sonra deyilir ki,Elşad Mahmudov arxasında Fətullah Gülən Paralel Şəbəkəsi ilə əlaqəli Fərid Novruzi və Vəhhabilərlə adı hallanan İsrafil Abutalıbov  vardır.
 

"Görəsən bunların əsas məqsədi nədir ki,Yusif Qardavinin Azərbaycanda sağ əli kimi tanına Elşad Mahmudovu maliyyələşdirirlər?
Fərid Novruzinin Elşad Mahmudovu maliyyəşdirməsini bir başa Elnur Aslanov xahişi ilə həyata keçirildiyi deyilir.Elşad Mahmudov adı çəkilən şəxslərin hakimiyyətdəki nüfuzlarından istifadə edərək ,Xaçmaz,Quba,Qusar,Oğuz,Zakatala ,Şəki rayonlarından seminarlar təşkil edirlər.Seminarların adını tolerantlıq qoymaqla gözdən pərdə asan bu şəbəkə əslində Azərbaycanda Yusif Qardaviçilik prinsiplərini təbliğ edirlər.Yusif Qardavi prinsipləri isə hakimiyyətə qarşı baş qaldıracaq didnar gənclər şəbəkələri yaratmaqdır”-deyə daxil olan məlumatda vurğulanır. Elektron ünvanımıza yuxarıda qeyd edilən electron ünvandan daxil olan məlumatda daha sonra qeyd edilir ki,Elşad Mahmudov Azərbaycanda "ZÜLMƏ YOX DEYƏK" adlı platformanın təşkilatçısıdır.Elşad Mahmudovun "ZÜLMƏ YOX DEYƏK" adlı silsilə dərslərini Azərbaycanda vəhhabilərin(sələfilərin)saytı www.azerislam.com yayırdı.Elşad Mahmudov "ZÜLMƏ YOX DEYƏK" dərslərində Suriyada müsəlmanların zülmə məruz qalması və Bəşşar Əsədin zalımlığından danışırdı.

Redkasiyadan: Bird aha qeyd edirik ki. bu məlumatda iddia edilənlər electron ünvanımıza "[email protected]" electron poçtasından daxil olub. Məlumatda iddia edilənlərlə bağlı adları hallanan şəxslərində mövqeini dərc etməyə hazırıq.
 
 
Vətəninfo.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az