Elnur Aslanovun dəstəklədiyi deputat olmaq istəyən gənclər

Elnur Aslanovun dəstəklədiyi deputat olmaq istəyən gənclər
Bu il keçiriləcək parlament seçkilərində namizəd olacaq gənclər və onların qaranlıq məlumatları ilə bağlı Vətəninfo.az xəbər verir ki, Avrasiya.net-in elektron ünvanına növbəti məlumat daxil olub.

Şahin İsmayılov - Tələbə Gənclər Təşkilatının sədri. Şahin İsmayılovun kimin kadırı və ya kimin adamı olaraq ortada olması çoxlarına qaranlıq olmasa da bir çox insana qaranlıqdır. Belə ki, İsmayılov  keçmiş PA şöbə müdiri Elnur Aslanovun gənclər sektorunda ən etibarlı kadırı olub. Məlum məsələdən sonra Elnur Aslanov Şahin İsmayılovu gənclər və idman Naziri Azad Rəhimova əmanət etdi.  Azad Rəhimov da əmanətə xəyanət etməyərək hələ də İsmayılova öz dəstəyin verməkdədir.

Şahin Seyidzadə -Gənclər Təşkilatları Milli Şurasının sədri.  Hər kəs bilir ki Seyidzadə də Elnur Aslanovun sevimli kadırlarından olub. Hətta Fuad Muradov vurularaq onun yerinə Gənclər Təşkilatları Milli Şurasının sədrinə Seyidzadənin gətirilməsi təşəbbüsü də məhz E.Aslanovdan gəlib.

Nurəddin Mehtiyev – Gənclər Şurasının sədri. Bu adam gənc olaraq təqdim olunur cəmiyyətə, amma 40 yaşı var bəlkə də daha çox. Yaş birtərəfə Gənvclər Fondunu talamaqla məşğul olan Nürəddin bəy keçmişinə hər zaman "sədaqətli”  olub. Belə ki, Nürədddin Mehtiyev keçmiş Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovla sıx bağlı olmuş və hələ də bu isti münasibət qalmaqdadır. Vaxtı ilə Elşad İsgəndərovun özəl şirkətinə rəhbərlik edərək dini ziyarətlərə adam göndərməklə məşğul olan Nürəddin Mehtiyev həmçinin PA şöbə müdiri  Elnur Aslanovla yaxşı əlaqələrə malik idi. Axı nədə olmasa eyni komandada "fəaliyyət” göstərirdilər. Həm Nürəddin Mehtiyevi , həm də Şahin İsmayılovla  Şahin Seyidzadənin dəstəkcisi bu gün Gənclər idman naziri Azad Rəhimovdur. Həm Elnur Aslanova olan sədaqətindən onun əmanətlərinə sahib çıxır, həm də bu gənc rəhbərlərin əli ilə dövlətdən  gənclər təşkilatları üçün ayrılan maliyyəni istədiyi kimi idarə edir.

Mirhəsən Seyidov –  "İrəli” Gənclər İctimai Birliyinin sədri . Mirhəsən isə tam fərqli bir komandanın üzvü olaraq fəliyyət göstərir və Fuad Muradovun tapşırıq və tövsiyələrindən kənara çıxmır. Nədə olmasa axı onun kadırıdır və onun təqdimatı ilə "İrəli”yə sədr gəlib. Bir növ Fuad Muradov Nurçulardan öz heyfini almaq üçün öz kadırını İrəliyə Nurçuların dəstəklədiyi sədri əvəzləməklə çıxdı. Çünki qeyd etdiyimiz kimi bir vaxtlar Fuad Muradovun özünü Nurçuların dəstəklədiyi Şahin Seyidzadə əvəzləmişdi Gənclər Təşkilatları Milli Şurasında.

Adları çəkilən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az