H.Hacıyev deyir ki, nə Müsavat Partiyası, nə də "Yeni Müsavat” onlarla mübarizə apara bilər:
"Bizim
artıq öz seçimimiz var. Müasir Müsavat 14 ildir ki, qeydiyyatdan keçmiş
rəsmi partiyadır. Partiya lazımı şəkildə fəaliyyət göstərir. Partiyanın
fəaliyyəti nəticəsində lideri 3 dəfə prezidentliyə namizəd olub. Hər
dəfə də 500, 600 və 700 min səs toplayır. Onun səslərinin müəyyən faizi
oğurlanıb, digər faizi isə özünə verilirsə, bu tarixdə çox böyük bir
işdir. Yəni, tarixə düşəcək bir məsələdir.
Ona görə də bu gün
ölkədə ən güclü partiya Müasir Azərbaycan Partiyasıdır. Bu günə
partiyanın rəsmi olaraq 90 min üzvü var. Müsavat Partiyasında isə heç
kim yoxdur. İsa Qəmbər partiyanın rəhbərliyinə Arif Hacılını qoyub.
Ondan başqa partiyada heç kim yoxdur. "Yeni Müsavatı”ı isə mən hələ görə
bilmirəm”.
Hafiz Hacıyev bütün müsavatçıların əksəriyyətinin Müasir Müsavat Partiyasında cəmləşdiyini vurğulayıb:
"Məhəmməd Əmin Rəsulzadənin tövsiyələri və tapşırıqları əsasında yaradılmış və o xətt üzrə hərəkət edən bir partiyayıq. Onun əsas ideyası müasirlik, gənclik, Azərbaycanın dövlətçiliyinin qorunmasıdır. Müsavat Rəsulzadənin ideyalarına satqın çıxdı deyə,dağıldı. Ordan müəyyən insanlar bizim sıralarımıza qoşulub.
Biz heç kimin yanında olmuruq. Kimsə bizim yanımızda olacaq. Kiməsə biz qoltuqağacı deyilik. Hər zaman istəyənlər bizim çətirimizin altına yığışıb. Palatkamız çox böyükdür. Kim kölgələnmək istəyirsə, buyurub gələ bilər. Müasir Müsavat Partiyasının qapısı həmişə açıqdır.
Biz heç kimi təxribata çəkib yalan vədlər vermirik. Bizə gələnlərin çox yaxşı yaşamasını və təhlükəsizliyini təmin edirik. Onu yenidən həyata qaytarırıq”.
Modern.az