Polşa prezidenti: "Rusiya NATO üçün əsas təhlükədir"
Rusiya NATO üçün əsas təhlükədir.
Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda NATO Parlament Assambleyasının yaz sessiyasının iclası zamanı deyib.
A.Duda deyib: "Biz transatlantik əlaqələrin məramı barədə ələlxüsus indi düşünməliyik, çünki bizim təhlükəsizlik sistemimiz sülh və təhlükəsizliyə xələl gətirə biləcək müxtəlif oyunçular tərəfindən sınağa məruz qalır. Və təhlükə yaradanlardan ən başlıcası Rusiyadır".
Miq.az