Xaləddin İsgəndərov Rafael Cəbrayılovun yerinə Aygün Əliyevanı deputat edir

Xaləddin İsgəndərov Rafael Cəbrayılovun yerinə Aygün Əliyevanı deputat edir
Vətəninfo.az xəbər verir ki, Binəqədi rayon ərazisində baş verən məlum yanğın hadisəsindən sonra, məmur karyerası ciddi şəkildə təhlükə altına girən, amma yaxın qohumu Vergil Naziri Fazil Məmmədovun proseslərə müdaxiləsindən sonra hələlik kreslosunu qorumağı bacaran Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu vəziyyətdən yararlanaraq qarşıdakı parlament seçkilərində ona verilən son tapşırığıda yerinə yetirmək istəyir.
Məlumata görə, cənab İsgəndərov bir müddət əvvəl YAP Nəsimi rayon təşkilatının sədri,millət vəkili Məlahət İbrahimlinin məsləhəti ilə özünə müavin götürdüyü Aygün Əliyevanı bu dəfə millət əvkili etmək tapşırığı alıb.
Məlumata görə, Xaləddin İsgəndərov Aygün Əliyevanı rayonun millət vəkili Rafael Cəbrayılovun yerinə seçdirmək tapşırığı alıb və artıq qarşıdakı seçkilərdə Aygün Əliyevanın seçilməsi üçün proseslərə start veriləcək. Məlumata görə, icra başçısının bu addımı YAP-sı rayon təşkilatının sədri Ramiz Göyüşov tərəfindən ilkin olaraq qəbul edilməyib. Amma cənab Göyüşovda millət vəkili Rafael Cəbrayılova olan münasibətini əsas tutaraq X.İsgəndərovun ortaya qoyduğu mövqei dəstəkləmək məcbur olub.
 
Məlumatın nə qədər doğru olub olmadığını isə, qarşıdakı seçkilərdə Aygün Əliyevanın namizəd olub-olmayacağı ilə görmək mümkün olacaq.
 
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az