AZAL Nəqliyyat Nazirliyindən ayrılıb-ÖZƏL
Vətəninfo.az-a Nəqliyyat nazirliyindəki mənbələrdən daxil olan məlumatda qeyd edilir ki, uzun müddətdir ”Azərbaycan Hava Yolları” Qаpalı Səhmdar Cəmiyyəti rəhbəri Cahangir Əsgərov rəhbərlik etdiyi təşkilatı Nəqliyyat nazirliyinin tabeçiliyindən çıxarılması istiqamətində addımlar atmaqdadır. Məlumatda vurğulanır ki, AZAL şefi müəyyən mənada buna nail olub və artıq NN-yi AZAL-a müdaxilə etmə imkanlarını itirib. Məlumatda o da vurğulanır ki, əvvəllər əgər NN-nin AZAL-ın müxtəlif uçuşlarına. xüsusi ilə də daxili uçuşlara BRON (Əvvəlcədən müxtəlif yerlərin saxlanılması) əldə etmə hüququna malik idisə, hazırda NN-nə istər daxili,istərsə də xarici uçuşlar üçün əvvəlcədən yer saxlamaq imkanın itirib. Əgər NN-yi əməkdaşları AZAL-ın hava gəmilərindən isitfadə etmək istədikdə, məcburən Nazirlər Kabinetinə müraciət edilir və NK-ti üçün nəzərdə tutulan BRON-dan yararlana bilir. Bundan başqa NN-yi əgər AZAL-da daxili audit yoxlamaları aparmaq istərsənazirliyin belə bir səlahiyyətləri də əlindən alınıb. Məlumatı verən mənbənin verdiyi məlumatda oda vurğulanır ki, Cahangir əsgərov son vaxtlar AZAL-la bağlı mətbuatda geniş məlumatların yayılmasıda da NN-ni günahgar bilir və bu məlumatların mediaya ötürülməsini AZAL-ın NN-nin balansından çıxarılması istiqamətində atılan addımların qarşısının alınmasına yönəlidiyi qənaətindədir.
Vətəninfo.az