Əliyev-Sərkisyan görüşü baş tutacaq – Bəyanat

Əliyev-Sərkisyan görüşü baş tutacaq – Bəyanat
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) regiona səfərlərinin yekunları ilə bağlı birgə bəyanat yayıblar.
AzərTac xəbər verir ki, ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda həmsədrlər səfərləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan ilə görüşdüklərini qeyd ediblər. Görüşlərdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin də iştirak etdiyi bildirilib.
Həmsədrlər İrəvan və Bakıya səfərləri zamanı yüksək səviyyəli görüşlər keçirdiklərini və Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli istiqamətində danışıqlarda irəliləyiş üçün təklifləri hər iki ölkə prezidenti ilə müzakirə etdiklərini diqqətə çatdırıblar. Onlar prezidentlərin cari ilin sonunda görüşməyə hazır olduqlarını alqışladıqlarını qeyd ediblər.
Bəyanatda dövlət başçılarının xarici işlər nazirlərinə prezidentlərin görüşü üçün həmsədrlərlə işi davam etdirmələrini tapşırdıqları vurğulanıb. Həmçinin diqqətə çatdırılıb ki, prezidentlər itkin düşmüş şəxslər barədə məlumatların Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında mübadiləsinə dair öhdəliklərinə sadiq olduqlarını bir daha bildiriblər.
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az