İsraildən şok etiraf: Suriyada nüvə reaktorunu vurduq - Video

İsraildən şok etiraf: Suriyada nüvə reaktorunu vurduq - Video

İsrail on il yarım əvvəl Suriyada nüvə reaktorunu bombaladığını etiraf edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilib.

Məlumata görə, əməliyyat 2007-ci ildə sentyabrın 5-dən 6-na keçən gecə baş verib. Praktiki olaraq tamamlanmış müəssisə Deyr əz-Zor əyalətində Dəməşqin 280 mil şimal-şərqində yerləşib.

"4 ədəd F-16 təyyarəmiz yalnız İsrail deyil, bütün region üçün yaranan təhlükəni zərərsizləşdirdi”, - bəyanatda bildirilib.

İsrail məlumatı bu zamana qədər gizlətməsinə səbəb kimi ərazinin uzun müddət İŞİD terror qruplaşmasının nəzarətində qalmasını göstərib.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az