KXCP qurultayını keçirir
Bu gün- avqustun 1-də Klassik Xalq Cəbhəsi
Partiyasının (KXCP) üçüncü qurultayı keçiriləcək. Qurultay Bakının
Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində baş
tutacaq. Hələlik ancaq partiya üzvləri gözə dəyir.
Ancaq
ölkənin bir sıra partiyalarının rəhbərlərininqurultaya qonaq qismində
dəvət edildiyi bildirilir. Qurultayda KXCP-yə sədr seçkisi də nəzərdə
tutulub. Hələlik ancaq indiki sədr Mirmahmud Mirəlioğlu öz iddiasını
ortaya qoyub.
Həmçinin,
bu ilin sonunda keçiriləcək parlament seçkiləri ilə bağlı da
müzakirələr gözlənilir. KXCP seçkidə iştiraka qərar verib.
musavat.com