Partiyalar xalqın təmsilçiləridir

Partiyalar xalqın təmsilçiləridir
Azərbaycanda müxalifət adına iddia edən xeyli siyasi partiya var. Onların bir qismi parlamentdə də təmsil olunur. Müxalifət adına iddia edən bəzi partiyalar xarici diplomatik missiyaların və beynəlxalq təşkilatların Bakıdakı təbdirlərinə dəvət almaqla yanaşı, hətta dövlət tədbirlərində də iştirak edirlər. Təbii ki, bu cür tədbirlərə dəvət almayan siyasi qurumlar da var və onlardan biri də tez-tez qalmaqallı açıqlamaları ilə gündəmə gələn Hafiz Hacıyevin Müasir Müsavat Partiyasıdır.

Vətəninfo.az
-ın məlumatına görə,  Modern.az saytı bunun səbəbini partiyanın sədri Hafiz Hacıyevdən soruşub.

O bildirib ki, partiya I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edib: "Biz başqaları kimi özümüzü gözə soxmuruq. Bütün səfirlərlə bizim görüşlərimiz olur. Avropa Oyunlarının açılışından sonra Azərbaycanda digər tədbirlərə heç kimi dəvət etməyiblər. Əvvəllər protokol qaydaları var idi. Sonra "məmurlar” onu ləğv etdi. Qaldı səfirliklərə, bizi tədbirlərə dəvət edirlər. Partiyanı hara dəvət ediblər ora lazım olanda getmişik, lazım olamayanda yox. Təbii ki, elə də olur ki, vaxtımız olamadığından iştirak edə bilmirik”.

Hafiz Hacıyev fikirlərinə onu da əlavə edib ki, normal dövlətlərdə bütün siyasi partiyalar dövlət tədbirlərində iştirak edir: "Rəhmətlik Heydər Əliyevin vaxtında bu işlər çox yüksək səviyyədə təşkil olunurdu, hətta protokola da salınmışdı. Amma sonra bəzi məmurlar dedilər ki, orda bizim partiya sədrləri dövlət başçısı ilə görüşər, ona düzgün informasiya verər, onun ətrafında ona xəyanət edənlər haqqında məlumat sızdıra bilərlər və s... Öz qorxularından siyasi partiyaların dövlət tədbirlərində iştirakını protokoldan çıxartdılar. İndi tədbirlərə dəvət çox az hallarda olur. Buna çox pis baxıram. Partiyalar xalqın təmsilçiləridir. Hələ ki, biz bu adət-ənənəni bərpa edə bilməmişik”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az