Rusiya: "İngiltərə odla oynayır və özü məyus olacaq"

Rusiya:

Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasiliy Nebenziya İngiltərə ilə yaşanan gərginlik barədə növbəti açıqlamanı verib.

Miq.Az xarici KİV-ə istinadən xəbər verir ki, Nebenziya bu fikirləri səsləndirib:
"London digər ölkələrlə münasibətimizi zəhərləməyə başlayıb. Daha yaxşı saxta hekayə fikirləşə bilmədiniz? İngiltərə odla oynayır və özü məyus olacaq".

İngiltərənin BMT-dəki daimi təmsilçisi Kerın Piirs bu mövqeyə qarşı "Kimyəvi silah istifadəsi üzrə istintaq prosesinə mane olan ölkədən dərk almaq fikrimiz yoxdur" fikrini deyib.

Qeyd edək ki, Rusiya sabiq rus agenti Sergey Skripal və qızı Yuliya Skripalı İngiltərədə zəhərləməkdə ittiham edilir. Buna görə bir çox ölkə ilə Rusiyanın münasibəti pisləşib və çox sayda rus diplomat qovulub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az