Sabiq başçı DEZO informasiya yayır
Vətəninfo.az xəbər verir ki, ölkə prezidentinin sərəncamı ilə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən uzaqlaşdırılan Nəsib Məhəməliyev özü il əbağlı KİV-də mənfi abu-havanı sındırmaq üçün yalan (DEZO) informasiyaların yayılması ilə bağlı ətrafındakı adamlara göstəriş verib. Məlumata görə, uzun illərdi Nəsimi rayon İH-nin başçısı kimi çapıb-talayan rayon ərazisində daşı-daş üstündə qoymayan və ölkə prezidnetinin ona verdiyi vəzifədən sağına-soluna milyonlar qazandıran Nəsib Məhiməliyev indi də bu yolla özünü təmizə çıxarmağa çalışır.
Bununla bağlı əldə etdiyimiz məlumata görə, sabiq icra başçısı haqqında yaranan mənfi söz-söhbəti dağıtmaq üçün güya. onun icra başçısı postundan vurulub kənarlaşdırılması ilə bağlı vəziyyət mətbuatın yazdığı kimi deyil. güya o İH-nin başçısı vəzifəsindən çıxarılsa da vurulan məmurlar sırasına düşmür və o 1 noyabır parlament seçkilərində namizədliyini irəli sürməklə millət vəkili mandatı əldə edəcək.
Məlumata görə, Nəsib Məhiməliyev özünü uzun illərdi çapıb-taladığı Nəsimi rayonundan millət vəkili kimi görür. Maraqlısı budur ki, Nəsib Məhiməliyev mandat istəyir,amma ona bu mandatı Nəsimi rayon əhalisi verəcəkmi?Bunu isə 1 noyabırda keçiriləcək seçkilər göstərəcək.
Vətəninfo.az