Səfir "Gülən"çidirmi?

Səfir
Vətəninfo.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun  səlahiyyət müddəti başa çatmadan diplomatik missiyasın başa vuracaq. Məlumata görə, Türkiyənin siyasi dairələrində  İsmayıl Alpər Coşqun hazırda Pelsilvaniyada Amerikanın ağuşuna sığınan Fətullah Gülən və onun dəstəsinə xidmət etdiyi və Gülən Hərəkatının Azərbaycandakı əlaltıları ilə daha çox əlaqədə olduğu haqqında fikir formalaşıb. Məlumatlı mənbələrin Türkiyə XİN-nı istinadən məlumatına görə, əgər səfirin tutduğu vəzifədə bu qədər qalmasının səbəbi, Türkiyədə keçirilən parlament seçkiləri və seçkilərdən sonra yaranmış siyasi qeyri-müəyyənlikdir. Bir neçə ay sonraya təyin olunan təkrar parlament seçkilərindən sonra qurulacaq yeni hökumətin ardınca ölkənin bir sıra xarici ölkələrdəki səfirləri ilə bağlı qərarlar veriləcək ki, bunların başında da İsmayıl Alpər Coşqun gəlir.
Məlumata görə, səfirin mart ayında keçirilən parlament seçkilərində Azərbaycanda HDP-nin daha çox səs alması məsələsində də əli olduğu gələn xəbərlər içərisindədir.Məlumata görə, İsmayıl Alpər Coşqun və səfirlikdə uzun müddətdir özlərini kamufilə edən "Gülən"çilər HDP-nin daha çox səs əldə etməsində birbaşa iştirak ediblər.
Belə bir halın baş verməsi ilə bağlı Türkiyə XİN-nə göndərilən şifrəli hesabatda da məhz İsmayıl Alpər Coşqun seçkilərdə HDP-nin belə səs əldə etməsində bir nömrəli günahgar olaraq göstərilir.
 
Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az