Əlikram Hümmətov yenidən Qarabağa gedir
Vətəninfo.az-ın əldə etdiyi məlumata görə,separatçı,Azərbaycanda separatizimin hərəkətlərinə görə uzun illər həbsdə qalan və sonda Azərbaycan vətəndaşlığından çıxarılaraq ölkədən qovulan,hazırda yaşadığı Hollandiya separatizim əməllərindən əl çəkməyən Əlikram Hümmətov yenidən Ermənistana və ordan da Azərbaycanın işğal altında olan Dağlıq Qarabaq bölgəsinə gedəcək.
Məlumata görə, Əlikram Hümmətova Qarabağa gəlməsi təşəbbüsü DQ-da hazırda separatçı qüvvələrin lideri Bako Sahakyandan gəlib və bu təklifi də separatçı Hümbətova Qarabağda fəaliyyət göstərən QHT- rəsmilərindən biri tərəfindən çatdırılıb. Əlikiram Hümmətov davamlı olaraq social şəbəkədə olduğundan,haqqındakı bu xəbərlə bağlı onun özündən öyrənmək istədik.
"Mən heç bir ölkənin vətəndaşı deyiləm və azadam. Hara istərsəm gedə bilərəm.Heç kimin qarşısında da öhdəliyim yoxdur”. Əlikram Hümmətov sualımızın qarşısında bizə göndərdiiy cavabda yenə də özünün separatizim əməlindən əl çəkmədiyini göstərdi və açıqlamasında yenədə özünü sülhsevər və humanist biri kimi göstərməyə çalışmaqla yanaşı,eyni zamanda da xəyanət etdiyi talış xalqı ilə bağlı sərsəm fikirlər səsləndirdi.
" Mən 20 ildir sülh naminə, mənsub olduğum millətin də yaşamı naminə öz yanaşmamla fəaliyyət göstərirəm.Anlanmadımsa,bu mənim yəqin fikrimi düzgün çatdıra bilməməyimdəndir.Təssüflər olsun ki, Dagliq Qarabağlılar artıq tam müstəqilliyə israrlıdırlar. Azərbaycan Respublikası daxilində yaşamağı qeyri-mümkün sayırlar.Ora gedib onlarla vaxt itirməyi artıq mənasız iş və vaxt itkisi sayıram”. Əlikram Hümmətov ona Bako Sahakyandan dəvət təklifi ilə bağlı isə bunları ibldirib: "Lap dəvət gəlsə də gələcəkdə sülh naminə və ölkələrin ( Cənubi Qafqazda,ə azı) töhfə verə biləcəyi təqdirdə, mən onu qəbul edə bilərəm.Bu mənim qəti prinsipial mövqeyimdir”.
Vətəninfo.az