“Uşaq-muşaqla, bir də o uğursuz Fuadla tək qalırsan”

“Uşaq-muşaqla, bir də o uğursuz Fuadla tək qalırsan”
Rauf Arifoğlu Əli Kərimli üçün: "Hər şeyləri fiksiya, yalan, palavra, saxtakarlıq!"
 
Ona görə deyirəm ki, bunlar iqtidar olsa, fəlakətin miqyası təsəvvürə belə gəlmir.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri son statusunda "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu yazıb.

"Azadlıq qəzeti vasitəsi ilə barəmdə olmazın şeylər yazdılar, yazmaqda da davam edirlər. Hakimiyyət-zad qalıb qıraqda, işləri-gücləri-dərd azarları mənəm.

Hər gün təhqir, hər gün şantaj, hər gün çirkab ! Bunun adı nədir, Əli Kərimli?” - deyə, qeyd edən baş yazarın yazdlğına görə, ondan  yazdıqca, ətrafı boşalır, ən sadiq adamları da Kərimlini tərk edir, kiçilir.

"Fərqində deyilsənmi? Mənə hazırda mətbuatdan gizli saxlanan son gedənlərin adları da məlumdur. Uşaq-muşaqla, bir də o uğursuz Fuadla tək qalırsan.

Cəmi bircə yazılıq canı var- lakin yapmarıq - ən yaxın adamının zamanında, küsülüykən, ondan nifrət edərkən bizim əlimizlə qisas almasına mane olduğumuz kimi, yenə də əxlaq və ərdəmimizi qoruyub, bu fitnə küpünün "fəaliyyətini” sakitcə izləyəcəyik.

Ona cavab vermək belə artıqdır - Allah verib, o "cavabı”...

Əli Kərimli, bir siyasi lider bir qəzet redaktorundan daha nə qədər yazdıracaq?

Akif psevdoniminə girib, özü nə qədər yazacaq? Bezmirsən, hər gün yalan, hər gün kin, hər gün böhtan istehsal etmək elə asan deyil axı. Zərəli və radiasiyalı işdir” - deyə, o, qeyd edib.

R.Arifoğlu həmçinin, dözdüyünü də qeyd edib.

"Görürsən ki, dözürəm. Bilirsən, həm də niyə? Ona görə ki, sənin və adamlarının sözlərinin bir çəkisi olsaydı, ona ən yaxınlığındakılar inanardılar. Hər hansı bir uğurun olardı! Kiçik də olsa, işıqlı bir işə, layihəyə imza atardın.

Daha insanlar hər şeylərini götürüb, yanından getməzdilər. Başında, çevrəndə ADAM olardı! Xərc qoyub, çağırdığın mitinqlərə ADAM gələrdi!

Heç partiyanın nominal üzvləri də gəlmir, sənin çağırışlarına! İndi əlində qalan balaca bir dəstə ilə kimə gəldi saldırırsan, təhqir etdirirsən, mənəvi terrora məruz qoyursan.

Bunlar mənə vız gəlir! Tükümü belə tərpətmir. Lakin onlarla namuslu insanlar, vicdanlı hərəkatçılar var ki, sənin Facebook müharibələrinin ucbatından, zombilərinin böhtanlarından gecələr yata bilmir, əsəbiləşir, həyatı zəhərə dönür...” - deyə, R.Arifoğlu daha sonra yazıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az