Xaləddin İsgəndərov təhvil-təslimə hazırlaşır?

Xaləddin İsgəndərov təhvil-təslimə hazırlaşır?
Nzami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun Azərbaycan Respublikası Statiskika Komitəsinin  sədri vəzifəsinə təyinatından sonra, Nizami Rayon İH-nin postu uğrunda  yarışa start verilsə də,hələlik İH-nin başçısı kreslosuna kimin oturacağı bəlli deyil.
Qeyd edək ki, bir müddət əvvəl ölkədə keçiriləcək parlament seçkiləri öncəsi bir sıra İh başçılarının tutduqları kresloları tərk edəcəyi barədə məlumat vermişdik. Onu da qeyd etmişdik ki, bəzi məmurların klanında yer tutan bu icra başçılarının əksəriyyəti "dikan" üstündə oturduqlarının fərqindədirlər və ölkə prezidentinin nə zaman onlarla bağlı sərəncam verəcəyi günü qorxu və narahatlıq içərisində gözləyirlər. Məlumata görə, belə icra başçılarından biri "Təmiz Binəqədi" ideyasının müəllifi olan Xaləddin İsgəndərov olsa da, onun vergilər naziri Fazil Məmmədovla qohumluğu və Fazil Məmmədovun çətiri altında olması bir qədər cənab İsgəndərovda rahatlıq yaratmışdı. Amma rayon ərazisində 9 mərtəbəli binada baş verən yanğın hadisəsi, ölən və yaralananların olması Vergilər Naziri Fazil Məmmədovu müəyyən qədər yaxın qohumunu qorumağa imkan vermir.  Bunu bilən Xaləddin İsgəndərov da vəziyyətdən çıxış yolu olaraq öz xoşu ilə vəzifədən getməkdə görür.
Binəqədi rayon İH-dən sızdırılan məlumata görə, Xaləddin İsgəndərov KİV-də "Paket"məsləsi ilə bağlı söz-söhbətin yayılmasından sonra  qoruyucu mələkləri tərəfindən əməlli-başlı tənqid edilib və belə bir məsələnin mediaya sızması halının elə də xoş olmadığı bildirilib. Məlumata görə, Xaləddin İsgəndərov bundan sonra İh-də iclas keçirib və KİV-ə məlumat ötürülməsini "NAKİŞİLİK" olaraq bəyan edib.
Bütün bunlara baxmayaraq, Xaləddin İsgəndərov Binəqədi rayonu ilə vidalaşacağını bildirib.
Sızdırılan məlumata görə, Xaləddin İsgəndərov  prezident İlham Əliyevin onunla bağlı sərəncam verməmişdən öncə özünün ərizəsini Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməyə  hazırlaşır.
Mənbələrin iddiasına inansaq, Xaləddin İsgəndərovun belə bir addımı daha çox Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşova sərf edir.Ona görə ki, uzun müddətdir Binəqədi rayon İH-nin başçısı olmaq arzusunda olan Göyüşov bəlkə İsgəndərovun könüllü aradan çəkilməsi ilə arzusunu reallaşdıra bilə.
 
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az