İcra başçısına əsas gəlir gətirən sahələrdən biri isə ticarət və iaşə
obyektlərinin tikintisi və mövcud tikililərdə dəyişikliklərin
aparılmasıdır: burada məbləğ yerindən və təyinatından asılı olaraq, 20
min-200 min arası dəyişir: bir qapının açılması üçün 20 min alındığı yer də var, bir obyektin üzərində əlavə tikinti üçün 200 minin tələb edildiyi də…
Qeyd edək ki, məlumatı verən mənbə İcra Hakimiyyəti başıçısının 3
müavinin və qəsəbə icra nümayəndələrinin tamamilə bu prosesdən təcrid
edildiklərini, heç nəyə qarışmadıqlarını, aylıq konvert müqabilində
bütün səlahiyyətlərini qeyri-rəsmi olaraq, icra başçısının oğlu Elnur
İskəndərova verdiklərini bildirib.
Mənbə Elnur İskəndərovdan İcra Hakimiyyətində konvertdə kimin nə qədər pul aldığı haqda siyahını da bizə təqdim edib.
Siyahıdakə bəzi adlara baxaq:
Xaləddin İskəndərovun birinci müavini Süleymanov İlqar Qəzənfər oğlu – ayda 20 min manat; Qeyd edək ki, bu şəxs vaxtilə Xaləddin İskəndərovla birgə Vergilər Nazirliyində işləyib və onun ən yaxın adamlarından sayılır.
İcra başçısının digər müavini İsmayılov Vüsar Qəşəm oğlu, başçının sevmədiyi və yola salmağa hazırlaşdığı müavinlərdən sayılır – ayda 10 min manat;
İcra başçısının müavini Əliyeva Aygün Nazif qızı, Xaləddin İskəndərovun özünün irəli çəkdiyi və xeyli səlahiyyətlər verdiyi kadrıdır – ayda 10 min manat.
Qəsəbə icra nümayəndələri:
Binəqədi qəsəbəsi üzrə icra nümayəndəsi Əliyev Elxan Bədrəddin oğlu – 3 min manat;
Rəsulzadə qəsəbəsi üzrə icra nümayəndə Məmmədov Mübariz Hidayət oğlu – 3 min manat;
Biləcəri qəsəbəsi üzrə icra nümayəndəsi İbrahimov İbad İsmayıl oğlu – 3 min manat.
Xocasən qəsəbəsi üzrə icra nümayəndəsi Haqverdiyev Əlikram Xıdır oğlu – 3 min manat;
28 may qəsəbəsi üzrə icra nümayəndəsi Xankişiyev Əlipaşa Telman oğlu – 3 min manat.
Qeyd edək ki, siyahıda qəsəb icra nümayəndələrinin müavinlərinin də adları var və onlara hər ay paketdə 500 manat verildiyi bildirilir…
Onu da bildirək ki, Binəqədidə ev və obyekt tikintisi üçün İcra Hakimiyyətinin xeyli pul aldığı konkret şikayətçilər də var və onlar media vasitəsi ilə idiyyəti dövlət qurumlarına müraciətə hazırlaşırlar.
P.S.Qeyd olunanlarla bağlı İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun və yazıda adları keçən şəxslərin də mövqeyini işıqlandıra biləriik.