Millət vəkili Türkiyədən kömək istədi-MANDATA GÖRƏ
Vətəninfo.az-a bununla bağlı daxil olan məlumatda iddia edilir ki, hazırda Azərbaycan Milli Məclisinin üzvü olan millət vəkillərindən biri,Türkiyənin mövcud hakimiyyətindən 1 noyabr parlamet seçkilərində yenidən millət vəkili mandatına sahib olmaq üçün dəstək istəyib.
Məlumatı redaksiyamıza sızdıran mənbənin məlumatında vurğulanır ki, hakimiyyət həmin millət vəkilinin üzərindən xətt çəkib və 1 noyabr parlament seçkilərində həmin millət vəkilinin yerinə digər birinin seçilməsi üçün həmin seçki dairəsinə əhali içərisində nüfuza malik birini namizəd göstərib.
Hazırda parlamentin üzvü olan millət vəkili Türkiyənin hazırkı iqtidarı ilə münasibətlərindən istifadə edərk Azərbaycan hakimiyyətinə onun yenidən seçilməsinin qarşısını almamaqla bağlı ricada bulunub.
Vətəninfo.az