Elşad Abdullayev seçkidə YAP sədrini maliyələşdirəcək
Vətəninfo.az-a daxil olan məlumata görə, fəaliyyəti dövründə insan transplatasiyası ilə məşğul olduğuna və saxta tələbə mübadiləsi həyata keçirildiyinə görə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetinin Avropada qaçıb gizlənən rektoru Elşad Abdullayev qarşıdakı parlamet seçkilərində Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarından birinin rəhbərinin seçkilərdə təbliğat-təşviqat prosesinə maliyə yardımı edəcək. Məlumata görə, artıq namizədliyi irəli sürülməsi gözlənilən qeyd olunan YAP üzvü yaşadığı və işlədiyi rayon ərazisində təbliğat-təşviqat işlərinin aparılması ilə bağlı işlərə start verib.
Mənbənin məlumtına görə, namizədliyini irəli sürmək istəyən YAP-nın rayon təşkilatını sədri ilə Elşad Abdullayev arasında uzun illər müsbət münasibət olub.
Mənbəmiz iddia edir ki, YAP üzvü hazırda Milli Məclisdə təmsil olunan millət vəkillərindən birinin dairəsindən namizədliyini irəli sürəcək ki, qeyd olunan millət vəkilinin payızda keçiriləcək seçkilərdə başqa bir dairədən namizədliyini verməsi gözlənilir.
Vətəninfo.az