Əsabil Qasımova daha bir rəqib
Vətəninfo.az xəbər verir ki, 79 saylı İmişli seçki dairəsində 1 noyabr parlament seçkilərində rəqbət daha da qızğın keçəçək.
Belə ki, namizədliyi yenidən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən iş adamı Əsabil Qasımov mandatı qazanmaq üçün Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidova qalib gəlməlidir.
Məlumata görə, AARP-sı sədri,əslən imişli rayonundan olan Kamil Seyidov da namizədliyini 79 saylı İmişli seçki dairəsindən irəli sürüb və hazırda imzatoplama prosesini həyata keçirməkdədir.
Qeyd edək ki, Əsabil Qasımov milli məclisin üzvü kimi son 5 ildə hansısa bir təklif və ya çıxışı ilə yadda qalan millət vəkili olmayıb. Əksinə o daha çox yaxın qohum-əqrabasına qarşı divan tutan,həbs etdirən bir vəkil olaraq gündəmdə olub. Onun yenidən hakim partiya tərəfindən irəli sürülməsi elə YAP-ın özünün içərisində də birmənalı qarşılanmır.
Vətəninfo.az