Partiya sədri qeydə alınmadı

Partiya sədri qeydə alınmadı
Bu gün vətəninfo.az "Əsabil Qasımov DSK sədrinə 20 min pul verib - İDDİA" başlıqlı məlumat yayımlamışdı və bu məlumatda  adını açıqlamaqdan imtina edən mənbəyə istinadən iddia edilir ki, 79 saylı İmişli DSk-nın sədri Sabit Yaqubova Əsabil Qasımovun xalası oğlu oktyabrın 5-də 20 min rüşvət verib və bu rüşvət digər namizədliyini irəli sürən şəxslərin rəsmi qeydiyyata alınmaması ilə bağlı olub.
Bir qədər əvvəl Vətəninfo.az Azərbaycan Azad Respublikaçılar Partiyası sədri,namizədliyini 79 saylı İmişli şəhər dairəsindən irəli sürən Kamil Seyidov bildirib ki, onun imzaları bu gün yoxlanılıb və rəsmi qeydiyyata alınmaması ilə bağlı qeyri-qanuni qərar verilib.
Kamil Seyidov bildirdi ki, o 79 saylı DSK-nın vermiş olduğu qeyri-qanuni qərardan MSK-na şikayət edəcək və eyni zamanda namizədliyinin qeydə alınması üçün MSK-nın toplanan imzaları yoxlamasın tələb edəcək.
"Mənim namizədliyimin qeydə alınmaması, göstərir ki, doğurdan da Əsabil Qasımov DSK-nı ələ alıb və yazılanlar həqiqəti əks etdirir. Bu rəqibi bəri başdan zərərsizləşdirməyə xidmət etməklə bərabər,eyni zamanda qarşındakı rəqibdən qormaq deməkdir".
 
Qeyd edək ki, Kamil Seyidov AARP-nın sədri kimi iqtidaryönlü siyasi partiyaların təmsil olunduğu Məşvərət Məclisinin təsisçilərindən biridir,siyasi elimlər üzrə fəlsəfə doktoru,politoloqdur.Son üç ildə Kamil Seyidovun ölkənin aparıcı mətbuat orqanlarında və xarici KİV-də onlarla elmi-siyasi monoqrafiyası dərc olunub.
 
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az