"UN"Maqnatını Tikinti maqnatı əvəz edir-İMİŞLİDƏ
Vətəninfo.az-ın məlumatlı mənbələrə əsaslanaraq əldə etdiyi məlumata görə, 79 saylı Seçki dairəsindən Milli Məclisdə təmsil olunan "Un"maqnatı "Karmen" unların sahibi Əsabil Qasımov qarşıdakı seçkidə mandata həsrət buraxılacaq. Məlumata görə, 79 saylı Seçki Dairəsindən bu dəfə imişliləri parlamentdə təmsil etməyə tikinti maqnatı AzərinşaatGrant Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçısı və sahibi Əvəz Şükürov hazırlaşır. Məlumatlara görə uzun illərdir İmişliyə arada bir, yalnız və yalnız xeyir və şər məclislərində iştirak etmək üçün səfər edən Əvəz Şükürovun son günlər İmişliyə səfərləri artıb. Demək olar ki, doğma rayonunun yolunu "Su Yolu"na çevirib. Mənbənin məlumatına görə, Tikinti maqnatının İmişliyə belə ardıcıl gəlişi əsassız deyil və o 79 saylı Seçki Dairəsindən namizədliyini irəli sürür.
Yəni 5 ildir Milli Məclisdə ağzına su alıb oturan,ancaq və ancaq işi-peşəsi "Knopka"basmaqdan ibarət olan Əsabil Qasımov belə getsə mandata həsrət qalıb, 5 ildir toxunulmazlıq "Şineli"ni çıxarmaqlı olacaq. Məlumata görə, Əsabil Qasımov özü də parlament getmək niyyətində deyil və ötən beş ildə Milli Məclisdə varlığı ilə yoxluğunun bilinmədiyini onun özü də axır ki, hiss etməyə başlayıb. Daha çox yaxın qohum əqrabasını mandatından istifadə edərək həbslərə atdıran Əsabil Qasımovun İmişlinin özündə belə siyasi reputasiyası olmayıb. Elə bu səbəbdən də tikinti maqnatı Əvəz Şükürovda reputasiyasız millət vəkilinin mandatına sahib olmaq üçün meydana girir. Nəticə isə 1 noyabır axşamı bilinəcək. İmişli əhalisi tikinti maqnatına mandat vercəklər ya-yox.
Vətəninfo.az