Əli Kərimlidən Əbülfəz Qurbanlıya örtülü mesaj

Əli Kərimlidən Əbülfəz Qurbanlıya örtülü mesaj

Vətəninfo.az xəbər verir ki. Xural.com saytının rəhbəri Əvəz Zeynalı AXCP sədri Əli Kərimlidən götürdüyü müsahibəni yayımlayıb. Maraqlısı budur ki, müsahibəni oxuduqca AXCP-nin son bir neçə ildə necə və hansı şəkildə parçalandığını, Əli Kərimlinin ətrafındakı insanları necə və hansı şəkildə itirdiyinin ümumi mənzərəsi açıq şəkildə görünür.

Elə onun vermiş olduğu müsahibədə bir neçə ay öncə AXCP Gənclər Təşkilatından istefa verərək siyasi səhnədən çəkildiyini bəyan edən Əbülfəz Qurbanlı ilə bağlı dedikləri insanda doğurdan da təssüf hissi doğurur.

Əli Kərmli Əvəz Zeynallının təkrar-təkrar Əli Kərimlidən Əbülfəz Qurbanlının partiyadan getməsi ilə bağlı baş vermiş hadisələrə səmimi cavab istəməsinə baxmayaraq, Kərimli verilən suallara sözyığınağı cavablar verməklə suallardan yayındığı kimi,eyni zamanda bu sözyığınağı fikirləri içərisində Əbülfəz Qurbanlıya üstüörtülü "Bax danışsan bilirsən də”- mesajıda göndərir.

İndi gəlin Əvəz Zeynallının israrla Kərimlidən Əbülfəz Qurbanlı haqqında vermiş olduğu suala baxaq:


-Cəbhə daxilindəki intriqalara toxunduq. Ancaq bir Əbülfəz Qurbanlı məsələsi də var ki, bu haqda tez-tez sual verirlər – görəsən, o, niyə Cəbhədən getdi? Həmişə öndə olardı və mitinqlərdə aparıcılıq edərdi… Bu haqda Nicat Əmiraslanovun bir sualı var: "Əli bəydən soruşun, Əbülfəz bəyi göndərməkdənsə, problemi həll etmək olmazdımı?” Bu haqda Bəxtiyar Hacıyevin də sualı var. Bu, onun üçüncü sualıdır: "Bu məsələ, nə məsələ idi? Bu doğrudan da ciddi məsələdir, yoxsa bizə də eşitdirildiyi kimi siz həqiqətən də onun arxasınca adam göndərmisiniz ki, heç bir problem yoxdur, partiyaya qayıtsın?” Bu barədə cəmiyyətə açıqlanacaq bir şey varmı?

İndi də AXCP sədrinin suala vermiş olduğu cavab:


"Əbülfəz Qurbanlı mənim hörmət elədiyim bir şəxsdir. Çox qabiliyyətli gənc siyasətçi olduğuna görə. Karyerasını özü qurub. Amma mən də açığı, ona xoşkönüllü olmuşam. İmkanım daxilində mən də ona yardımçı olmuşam və onun Xalq Cəbhəsinin Gənclər Komitəsinin sədri təyin olunması da, çox gənc yaşlarında sədr müavini təyin olunması da mənim öz şəxsi qərarım olub. Yəni haradansa belə bir istək ifadə olunmayıb – nə təşkilat daxilindən, nə də ki, başqa bir yerdən… Və onun təşkilatdan getməsinə də təəssüfləndim. Bunu təşkilat üçün itki sayıram”.

 

Əli Kərimlinin Əbülfəz Qurbanlının partiyanın gənclər təşkilatına sədir müavini,sədir seçilməsi bilindiyi qədəri ilə təyinatla deyil,seçki yolu ilədi.Yəni partıyanın sıralarında olan gənclər toplaşaraq içərilərindən birinin namizədliyini irəli sürə və onun seçilməsini təmin edə bilərlər. Onda belə çıxır ki, Kərimli partiyanın gənclər qolunu da inhisara alaraq ancaq istədiyi adamları təyin edir və ya vəzifədən azad edir.

Əli Kərimli Əbülfəz Qurbanlının partiyadan getməsi ilə bağlı əvvəlcədən məlumatının olub-olmadığına da səmimi cavab verimir.

"Mən məlum status yazandan sonra Əbülfəz bəylə bir neçə dəfə danışmışam və təşkilata dönməsini təklif eləmişəm. Əbülfəz bəy özü lazım bildiyi vaxtda yəqin ki, cəmiyyətə özünün mövqeyini izah eləyər. Amma gedən odur, mən deyiləm ki, izahat verim?”.


Əvəz Zeynallı verdiyi suala almış olduğu cavabın sözyığınağı olduğun bildiyi üçün, təkrar sual verir:

Amma siz onun getməyinin səbəbini bilirsiniz də?

"Xeyr. Onun mənə söylədiyi səbəbləri mən yetərli saymamışam. Özünə də bu barədə fikrimi demişəm. Amma əlbəttə ki, mənə də bir şeylər deyib, ifadə eləyib… Mən hesab eləmişəm ki, o, təşkilatda öz fəaliyyətini davam elətdirə bilər. Mən ümid edirəm ki, Əbülfəz bəy mənim, cəbhəçilərin ona olan etimadını təşkilatdan gedəndən sonra da davam eləyəcək. Çox gəncdir, həyatını bundan sonra necə yaşayacağına özü qərar verəcək. Bizim özümüz də, hamımız onun sonrakı qərarlarına baxaraq, sonrakı addımlarına baxaraq, bundan sonrakı həyatını necə yaşayacağını biləcəyik. Mən hər halda ondan Azərbaycan üçün də, Cəbhə üçün də neqativ bir hərəkət gözləmirəm”.

Maraqlıdır Əli Kərimli nə deməyə çalışır bu cavabı ilə? Yəni əgər Əbülfəz Qurbanlı nə vaxtsa siyasi müstəviyə qayıdar və onun haqqında və ya AXCP-də Əli Kərimlinin idarəçilik pirinsipi, yaxut da gördüyü digər mənzərələr haqqında danışarsa, o zaman Kərimli də Əbülfəz Qurbanlı ilə bağlı saxladığı kompramatları açıb ortayamı qoyacaq. Bu açıqlamanın bir xəbərdarlı mesajı kimi görməmək doğurdan da mümkün deyil. İkinci bir məsələ Əbülfəz Qurbanlını belə üstü örtülü hədələməsinin altında nə kimi sirlər var? Əbülfəz Qurbanlı Əli Kərimli ilə bağlı hansı məlumatlara malikdi və eyni ilə Kərimlidə Qurbanlı ilə bağlı hansı kompramatlar mövcuddur. Bu cavab açıq göstərir ki, tərəflər bir-birləri haqqında hansısa açqlamaların verilməməsi və bildikləri haqqında danışmamaları ilə bağlı razılığa gəliblər və bundan sonra Əbülfəz Qurbanlı partiyadan gedib. Bunun başqa bir açıqlamasının olması isə riyakarlıq olar.

 

Kənan

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az