"Mən 1991-ci ildən AXC-nin, 1995-ci ildən də AXCP-nin üzvüyəm. Partiyada siyasi fəaliyyətimi AXCP-nin Nərimanov şöbəsində davam etdirmişəm. Son bəyanatıma qədər AXCP-nin Nərimanov rayon şöbəsində sədr müavini vəzifəsində fəaliyyət göstərmişəm".
Bu sözləri Avropa.info-ya açıqlamasında AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin Nərimanov şöbəsinin sədri Şirvani Qasımov deyib.
Ş.Qasımov bildirib ki, partiyada etiraz etdiyi məqam AXCP sədri Əli Kərimlinin yürütdüyü siyasət olub: "Davam edən son siyası proseslərdən və partiya sədri Əli Kərimlinin səhv siyasətinə görə onun partiya sədrliyindən getməsi üçün bəyanat verib və fəaliyyətimi Razi Nurullayevlə birgə fəaliyyətimi davam etdirməyə qərar vermişəm.
Onu da əlavə etmək istəyirəm partiyanın Nərimanov rayon şöbəsinin üzvləri bütövlükdə Razi Nurullayevin atdığı addımı dəstəkləyib və onun tərəfinə keçiblər.
Ə. Kərimli sədr keçildiyi 2001-ci ildən bu yana demək olar ki, partiya sıralarında heç bir müsbət irəliləyiş olmayıb. Bunun əksinə partiya sıralarında olan bir çox ağıllı və savadlı kadrlar partiyadan ya könüllü olaraq uzaqlaşıb, ya da Ə. Kərimli və ona yaxın şəxslər tərəfindən partiyadan çıxarılıb".
Onun partiyaya gətirdiyi ənənəyə uyğun olaraq partiyadan istefa verən və ya bütün olub-bitənləri tənqid edən şəxslər daim təqibə məruz qalıb, satqın və xain adlandırılaraq sosial şəbəkələrdə onların əleyhinə qara piar kampaniyası aparılmışdır.
Çünki partiyada olduğu illər ərzində bu insan şəxsi mənafelərini güdərək və nəfsinə məğlub olaraq hamıya "atıb”.
Bütün AXCP gənclərini Razi Nurullayevin ətrafında birləşməyə və onu dəstəkləməyə çağırıram. Çünki haqq və ədalətin onunla olduğuna inanıram.”.