Fizuli Ələkbərov deputat olmaq istəyir-Naxçıvandan

Fizuli Ələkbərov deputat olmaq istəyir-Naxçıvandan
Vətəninfo.az xəbər verir ki, ölkə prezidenti tərəfindən mək və əhalinin sosial müdafiəsi naziri postundan uzaqlaşdırılan Fizuli Ələkbərov bir müddətdi içtimai siyasu proseslərdən uzaqda dursa da, 1 noyabr  parlament seçkiləri  öncəsi yenidən gündəmə gəlib.
Məlumata görə, sabiq nazir seçkilərdə iştirak edib mandat əldə etməklə həm rəqiblərinə vurulmadığını,eyni zamanda da millət vəkili kimi siyasi müstəvidə yerini almaq fikrində.
Məlumata görə, sabiq nazir Naxçıvan Muxtar Respublikasından hazırda millət vəkili olan Azərbaycan Milli Elimlər Akademiyasının Naxçıvan MR-sı bölməsinin rəhbəri Ismayıl Hacıyevin dairəsindən,yəni 6 saylı Culfa-Babək seçki dairəsindən irəlu sürməyə hazırlaşır.
Məlumata görə, Ismayıl Hacıyev EA-nın Naxçıvan bölməsinin direktoru kimi ölkə prezidenti tərəfindən təyin olunduğundan və 1 noyabr seçkilərində univeristet rektorlarının seçkilərdə iştirakına qoyulan qadağanın Ismayıl Hacıyevi də əhatə etdiyindən o seçkilərdə təkrar iştirak edə bilməyəcək.
Bu səbəbdən Fizuli Ələkbərovda doğulduğu Culfa rayonundan namizəd olmaq istəyir.
 
Qeyd eədk ki, Ələkbərov Füzuli Həsən oğlu 3 fevral 1958-ci ildə Naxçıvan MR-in Culfa rayonunun Saltaq kəndində anadan olub.

1980-cı ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib.

Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb. Sonralar Şəki şəhər komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987-1991-ci illərdə «Sputnik» Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb.

1992-2006-cı illərdə «İmproteks» Şirkətlər Qrupunun prezidenti olub. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub. 1996-cı ildən Azərbaycan Respublikası Cüdo Federasiyasının prezidentidir. 1993-cü ildən YAP-nın üzvüdür.

Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2006-cı il tarixli 1277 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.[1]

Rus, türk və ingilis dillərində sərbəst danışır. Ailəlidir, dörd övladı var.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az