Kəngərlinin sabiq icra başçısına vəzifə verildi

Kəngərlinin sabiq icra başçısına vəzifə verildi
Vətəninfo.az xəbər verir ki,iki həftə öncə - avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Ramiz Əli oğlu Cəfərov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və,ölkə başçısının digər sərəncamı ilə Kamal Elbrus oğlu Ələkbərovun Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Sabiq icra başçısı ilə bağlı KIV-dəamiz Əli oğlu Cəfərovun vurulduğu və haqqında cinayyət işi açıldığı qeyd edilsə də yayılan məlumatlar hələlik özünü doğrutmamaqdadır.Amma buna baxmayaraq sabiq icra başçısı ilə bağlı maraqlı məlumat əldə etmişik.
Məlumata görə,Ramiz Əli oğlu Cəfərov icra başçısı vəzifəsindən azad edildikdən sonra, Naxçıvan Muxtar Respublukası Həmkarlar Təşkilatında şöbə müdiri vəzifəsi ilə təmin edilib.
Məlumatı dəqiqləşdirmək üçün sabiq icra başçısı ilə məlumatı dəquqləşdirmək istəsək də,o telfonu açmadı.
 
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az