Ramiz Göyüşov- YAP-ın siyahısında "Ofsayt"da-QALDI

Ramiz Göyüşov- YAP-ın siyahısında
Vətəninfo.az xəbər verir ki,  bütün siyasi camiya ötən gün hakim Yeni Azərbaycan Partiyasının 1 noyabr parlamet seçkilərinə hansı namizədlərlə gedəcəyi ilə bağlı hazırlanan siyahının açıqlanmasın gözləyirdi. YAP-ın hazırlamış olduğu namizədlər siyahısında diqqət çəkən yerlərdən biri 8 saylı Binəqədi birinci seçki dairəsi idi. Çün ki, bu seçki dairəsindən hazırda YAP Binəqdi rayon təşkilatının sədri, sabiq cəbhəçi, haqqında KİV-də bu günə kimi elə də xoş olmayan məlumatlar yayılan Ramiz Göyüşov da namizədliyini irəli sürməyə hazırlaşırdı. Görünür YAP rəhbərliyi siyasi keçmişi bir o qədər də parlaq olmayan Ramiz Göyüşovu 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürməməklə cənab Göyüşova YAP rayon təşkilatının sədri olmasına rağmən elədə ehtibar etmədiklərini dolayısı ilə çatdırmış olub. Amma gələn bilgilərə görə, Ramiz Göyüşov YAP-ın siyahısında adını görmədiyinə görə bərk qəzəblənib və namizədliyini müstəqil şəkildə irəli sürməyə həvəslənib. Əgər belə olarsa YAP-sı ramiz Göyüşovu bir daha partiyaya dönməmək şərti ilə YAP sıralarından xaric edə bilər. Bu da Ramiz Göyüşov üçün siyasi intihardan başqa bir şey deyil. Hər şey qabaqdadır. Ramiz Göyüşov mandata həvəslənib namizədliyini irəli sürərək siyasi intiharını gerçəkləşdirəcək, yoxsa Binəqdi İcra hakimiyyətində ona verilən şöbə müdiri postu ilə kifayətlənməyi üstün tutacaq. 
 
 
Vətəninfo.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az